AB ilə razılaşdıq, yol xəritəsi hazırlanacaq – Çavuşoğlu

23-01-2021, 00:24           
AB ilə razılaşdıq, yol xəritəsi hazırlanacaq – Çavuşoğlu
Avropa Birliyi liderlərinin zirvə görüşünü Türkiyəyə uzadılmış əl kimi dəyərləndiririk və biz də buna qarşılıq veririk. Türkiyə hər zaman münasibətlərin sağlam inkişafında maraqlı olub.

Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Avropa Birliyindəki daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, Türkiyə Kipr adasının türk icmasının maraq və mənafelərinin qorunması, Egey dənizində su sərhədlərinin beynəlxalq normalara uyğun müəyyən edilməsi və digər məsələlərdə haqlı mövqelərini qorumaqda qətiyyətlidir.

Nazir diqqətə çatdırıb ki, Avropa Birliyi ölkələri ilə viza məsələsində mühüm müzakirələr aparılıb. O cümlədən Türkiyə-AB münasibətlərinin inkişafı üçün yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru