Döyüş gəmisi və qırıcılar bölgəyə göndərilir – Türkiyəyə qarşı növbəti addım

26-01-2021, 14:01           
Döyüş gəmisi və qırıcılar bölgəyə göndərilir –
Fransanın Müdafiə naziri Florans Parli Afinada yunan həmkarı Nikos Panayotopoulos ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, tərəflər görüşdə Fransanın Yunanıstana 18 ədəd “Rafale” tipli döyüş təyyarəsinin satışına dair müqaviləni imzalayıblar.

Panayotopulos Yunanıstan hərbi hava qüvvələrinin “Rafale” təyyarələrinin alınması ilə əhəmiyyətli dərəcədə güclənəcəyini bildirib.

Parli isə Yunanıstanın Avropada bu təyyarələri alan ilk ölkə olduğunu, eləcə də Afina və Parisin bir çox məsələlərdə beyni mövqedən çıxış etdiklərini bildirib.

Parli Fransanın 8 “Rafale” təyyarəsi ilə aprel ayında Yunanıstanla iki birgə təlimdə iştirak edəcəyini və “Charles de Gaulle” döyüş gəmisinin Yunanıstan frekatının müşayiəti ilə fevralın sonunda Aralıq dənizinin şərqinə gələcəyini açıqlayıb.

Qeyd edək ki, Aralıq dənizinin şərqində Türkiyə ilə gərgin münasibətlərə malik olan Yunanıstan öz hərbi qüvvələrini gücləndirmək üçün Fransadan döyüş təyyarələri alacağını bildirmişdi. Fransa isə Türkiyəyə qarşı Yunanıstan istədiyi dəstəyi verməyə hazır olduğunu açıqlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.