Mərkəzi Bank: "Türkiyənin qısamüddətli xarici borcu 138 milyard dolları ötüb"

19-02-2021, 08:21           
Mərkəzi Bank:
Ötən ilin sonuna Türkiyənin qısamüddətli xarici borcunun həcmi illik ifadədə 12,9% artaraq 138,7 mlrd. ABŞ dollarına çatıb.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir.

Bu dövrdə banklardan qısamüddətli xarici borc 4,1% artaraq 58 mlrd. dollara, digər sektorlardan qısamüddətli xarici borc isə 1% artaraq 59,3 mlrd. dollara çatıb.

Bankların xaricdən istifadə etdikləri qısamüddətli kreditlər 17,3% artaraq 8,9 mlrd. dollar olub/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru