Xəzər dənizində yeni neft yatağı kəşf edildi

28-02-2021, 09:43           
Xəzər dənizində yeni neft yatağı kəşf edildi
Xəzər dənizində yeni neft ehtiyatları aşkarlanıb.

Sfera.az xəbər verir ki, Manqıslaq əyalətində neft axtarışları ilə məşğul olan "Meridian Petroleum” şirkəti Xəzər dənizinin Qazaxıstana məxsus sektorunda yeni bir neft yatağı tapdıqlarını açıqlayıb.

Şirkətin rəhbəri Baltabek Kuandikov yeni neft yatağının kəşfini Qazaxıstan üçün "tarixi bir hadisə” adlandırıb.

"Bu neft yatağı bölgənin sosial və iqtisadi yüksəlişini gücləndirəcək və daha çox məşğulluq yaradacaq”, - əyalətin valisi Serikbay Trumov deyib.

Qeyd edək ki, Qazaxıstan neft ehtiyatlarına görə ildə 30 milyard barel istehsal həcmi ilə 11-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru