Qorxudan titrəyirlər: "Ruslar türkləri dayandıra bilmədi biz necə bacara bilərik"

1-03-2021, 19:21           
Qorxudan titrəyirlər:
Yunanıstan hökuməti türk İHA və SİHA-larının uğurlarından çox narahatdır.

Metbuat.az “Star”a istinadən xəbər verir ki, yunan hökuməti məsələ ilə bağlı toplantısında türk silahlarının Qarabağ, Liviya və Suriyadakı uğurları nəzərdən keçirilib. Yunanıstan mətbuatı yazır ki, rəsmi Afina türk silahlarının qarşısını almaq üçün üsullar fikirləşir. Müdafiə Nazirliyi bununla bağlı xarici ölkələrin müdafiə sistemlərini araşdırıb və lazer silahların effektli ola biləcəyi qənaətinə gəlinib.
Yerli mətbuatın “Rus sistemləri türkləri dayandıra bilmədi biz nə edə bilərik?” başlıqlı məqaləsində İHA və SİHA-ların düşmən ordusuna vurduğu ziyandan da bəhs edilib. Məqalədə Yunanıstanın Türkiyənin hərbi gücündən çəkindiyi etiraf edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru