16 yaşlı qardaşını amansızlıqla öldürdü - ZİBİLİ ATMADIĞINA GÖRƏ

7-03-2021, 06:18           
16 yaşlı qardaşını amansızlıqla öldürdü -
Türkiyənin paytaxtı Ankara şəhərində 16 yaşlı oğlan öldürülüb.

KONKRET.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Çankaya rayonunda Yıldırım Beyazit Universitetinin tələbəsi olan 20 yaşlı M.K özündən 4 yaş kiçik olan qardaşı K.K-nı amansızlıqla öldürüb. Vaideynlərinin evdə olmadığı vaxt dalaşan qardaşların münaqişəsi daha da kəskinləşib və M.K kiçik qardaşına 11 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

M.K könüllü şəkildə polisə təslim olub.

İlkin araşdırmalar zamanı M.K-nın 16 yaşlı qardaşını zibili atmaq üstündə yaranmış münaqişəyə görə öldürdüyü müəyyənləşib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.