İbrahim Kalın: “S-400-lərə görə ABŞ-ın Türkiyəyə təzyiq etməsi əks nəticələrə səbəb ola bilər”

8-03-2021, 15:40           
İbrahim Kalın:
“Rusiyadan S-400 zenit raket komplekslərinin alınması ilə əlaqədar ABŞ-ın Türkiyəyə təzyiq etməsi əks nəticələrə səbəb ola bilər”.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Bir ölkə bizə maksimalist mövqe ilə yanaşanda və ya “bizim dediyimiz kimi olacaq, ya da başqa cür olmaz” tərzində tələblər irəli sürəndə bu hal bizi digər istiqamətlərə sürükləyir”, – deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında bəzi fikir ayrılıqları olsa da, onları danışıqlar masasında aradan qaldırmaq mümkün olub.

“Nəyə görə ABŞ-la da bu cür davrana bilməyək?”, – deyə İ.Kalın sual ünvanlayıb.

O qeyd edib ki, Türkiyə S-400-lərə NATO-nun müdafiə sistemini pozmayacaq şəkildə sahib ola bilər.

“Bu məsələlər açıq və dürüst şəkildə konstruktiv dialoq yolu ilə həll edilə bilər. Amerikalı siyasətçilər bizim bu məsələlərə nə qədər ciddi yanaşdığımızı anlamalıdır. S-400-lərin alınması barədə qərar bir gecə də verilməyib”, – deyə İ.Kalın vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru