Merkeldən kürdlərə tərs şillə

12-02-2016, 00:20           

Kürdlər İraqdan ayrılmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel İraqın Baş naziri Heydər Abadi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O, kürdlərin yaşadığı bölgələri İraqın bir hissəsi olaraq gördüyünü açıqlayıb:

“İraqın suverenliyi qorunmalıdır. Bunu, peşmərgəni və kürdləri dəstəkləyəndə də dedik. Almaniya İŞİD-ə qarşı mübarizədə kürdləri dəstəkləməyə davam edəcək”.

İraqın Baş naziri Heydər Abadi də Şimali İraq Kürd Regional Rəhbərliyini hökumətlə sıx əməkdaşlıq etməyə çağırıb.

Qeyd edək ki, ötən həftə Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani kürdlərin referendum yolu ilə müstəqillik əldə etməsinin zamanı gəldiyini söyləmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.