Türkiyənin tanınmış tarixçisi dünyasını dəyişdi

19-03-2021, 08:51           
Türkiyənin tanınmış tarixçisi dünyasını dəyişdi
Tarixi araşdırmaları ilə məşhur olan türkiyəli alim Mehmet Genç 87 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, tarixçi-alim il yarımdır ağciyər xərçəngindən müalicə olunurdu. O, xəstəxanada vəfat edib.

Mehmet Gençin ölümü ilə əlaqədar Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın başda olmaqla, nazirlər və siyasi xadimlər başsağlığı veriblər.

Qeyd edək ki, Mehmet Gençin Osmanlı dövrünün iqtisadiyyat tarixinə aid araşdırmaları ingilis, ərəb, yunan, fransız və bir çox başqa dillərə tərcümə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru