Ərdoğan dünyada yeganə lider oldu ki... - Altun

2-04-2021, 08:03           
Ərdoğan dünyada yeganə lider oldu ki... - Altun
Türkiyə insan haqlarını daxili məsələ olaraq deyil, qlobal bir məsələ olaraq görür.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Tvitter hesabında yazıb.

"Qırmızı xəttimiz xalqımızın güvənliyi və təhlükəsizliyidir. Son illərdə Prezidentimiz Ərdoğan sözün əsl mənasında bölgəmizdə və dünyada insan haqları pozuntularına qarşı səsini çıxardan yeganə lider oldu. Dinc insanlara qarşı törədilən dəhşətli cinayətlərə qarşı dünyanı səfərbər etmək vəzifəsini boynuna götürdü", - Altun vurğulayıb.

Qeyd edək ki, ABŞ 2020-ci il insan haqları üzrə hesabat yayıb. Hesabatda Türkiyənin FETÖ-ya qarşı mübarizəsi və Suriyadakı əməliyyatları zamanı insan haqlarının pozulduğu iddia edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru