Türkiyədə azərbaycanlının qətlinin üstü 10 il sonra açıldı: qatil də azərbaycanlı çıxdı - Video

16-02-2016, 00:42           
Türkiyədə azərbaycanlının qətlinin üstü 10 il sonra açıldı: qatil də azərbaycanlı çıxdı - Video
Türkiyənin Bursa vilayətində 10 il əvvəl törədilmiş qətlin üstü açılıb, hadisəni törədən azərbaycanlı bu il fevralın 12-də saxlanılıb.

APA TV-nin məlumatına görə, azərbaycanlı Rafael M. 2006-cı il fevralın 12-də qətl törətdiyini etiraf edib. Hazırda Bursada yaşayan və taxta-şalban alveri ilə məşğul olan Rafael M. polisə ifadəsində bildirib ki, Rusiya vətəndaşı Mehralı Abbasovu şəxsi münaqişə zəminində qətlə yetirib. Buna səbəb kimi, M. Abbasovun onun qardaşını döyməsini göstərib: “Mehralı Abbasov polis orqanlarında işləyirdi. 2000-ci ildə qardaşımı gözümün qarşısında döydü, bu, mənə çox pis təsir etdi. Onun pensiyaya çıxandan sonra Türkiyə ilə ticarətə başladığını, İstanbulda yaşadığını öyrəndim. Onunla danışmaq üçün bura gəldim, amma mənə də kobud davrandı. Həmin vaxt üstündəki tapançadan atəş açaraq, onu öldürdüm. Meyiti Bursaya gətirərək, Orxanqazi rayonunda yolun kənarına atdım”.

Qeyd edək ki, M . Abbasovun meyiti həmin vaxt tapılsa da, hadisəni törədənin kimliyi indiyədək müəyyənləşdirilməmişdi. Polis əməkdaşlarının telefon danışıqları ilə bağlı apardıqları araşdırma nəticəsində cinayətin üstü 10 il sonra açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru