Dünyada yeni pandemiya xəbərdarlığı

6-04-2021, 09:27           
Dünyada yeni pandemiya xəbərdarlığı
Türkiyəli uzman onkoloq Halis Yerlikaya dünyanı onkoloji pandemiyanın bürüyəcəyini açıqlayıb.

“Haber Global” məlumat verir ki, o, buna səbəb kimi koronavirusun yayılmasını göstərib.

Mütəxəssisin sözlərinə görə, pandemiya səbəbi ilə digər xəstəliklərin müalicəsi üçün xəstəxanaya müraciət edənlərin sayı azalıb:

“Xəstəxanalar tamamilə koronaviruslu xəstələrlə dolduğu üçün insanlar virusun yaratdığı qorxu səbəbi ilə tibb müəssisələrinə getmədilər. Diaqnoz qoyulmayan çox sayda xəstəmiz var. Bütün bunların nəticəsi olaraq, yaxın illərdə bir xəstə qrupunun yığılacağını düşünürük. Bu səbəbdən bizi xərçəng pandemiyası gözləyir”.

Yerlikaya vurğulayıb ki, qarşıdan gələn illərdə xərçəng ən çox rast gəlinən xəstəliklərdən biri olacaq və ölümə səbəb olan xəstəliklərin başında gələcək.

Həkim eyni zamanda qeyd edib ki, xərçəng qarşısı alına bilinən və müalicəsi mümkün xəstəlikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru