Türkiyə Yunanıstan sərhədini pozdu - `Döyüş` başladı

16-02-2016, 10:57           

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ötən gün Yunanıstanın hava məkanını 22 dəfə pozub, iki halda `virtual hava döyüşləri` baş verib.

AzVision.az xəbər verir ki, bu barədə Yunanıstanın Baş qərargahı xəbər yayıb.

Məlumata əsasən Türkiyə təyyarələri Yunanıstan sərhədini Xios, Samos, həmçinin Lemnos və Lesbos adaları yaxınlığında pozub. Buna cavab olaraq Yunanıstan qırıcıları havaya qaldırıb, iki halda isə onlar Türkiyə təyyarələri `virtual döyüşdə` iştirak ediblər.

Bundan əlavə, Yunan KİV-i Türkiyə və Yunanıstana arasında yeni konflikt haqqında məlumat yayıb. İnsident Yunanıstanın baş naziri Aleksis Tsiprasın 7-8 fevral tarixlərində İrana səfəri zamanı yaşanıb. Belə ki, Türkiyə təyyarələrinin uçuşları nəticəsində onun təyyarəsi marşrutunu dəyişməyə məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru