“İtaliya Baş nazirinin Prezidentimiz haqqında çirkin və əsassız açıqlamalarını qətiyyətlə qınayırıq” – Çavuşoğlu

9-04-2021, 09:56           
“İtaliya Baş nazirinin Prezidentimiz haqqında çirkin və əsassız açıqlamalarını qətiyyətlə qınayırıq” – Çavuşoğlu
“İtaliyanın Baş naziri Mario Draghinin qəbuledilməz populist ifadələrini və seçilmiş Prezidentimiz haqqında çirkin və əsassız açıqlamalarını qətiyyətlə qınayırıq”.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində paylaşıb.


Nazir İtaliyanın Baş naziri Mario Draghinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi “diktator” ifadəsinin onun özünə aid olduğunu bildirib.

Qeyd edək ki, İtaliyanın Baş naziri keçirilən mətbuat konransında Avropa Komissiyası Prezidenti Ursula von der Leyenin Ankarada R.T.Ərdoğanla görüşərkən ayaq üstə qalmasına aid görüntülərlə bağlı sualı cavablandırarkən Türkiyə Prezidenti haqqında “diktator” ifadəsini işlədib.

Məsələ ilə bağlı İtaliyanın Ankaradakı səfiri Massimo Gaiani da Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru