Ermənistan Türkiyə ilə dialoqa hazırdır – Rəsmi bəyanat

24-04-2021, 13:14           
 Ermənistan Türkiyə ilə dialoqa hazırdır
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə dialoqa hazır olduğunu açıqlayıb.

Ovqat.com xəbər verir ki, Ermənistan XİN-in dialoq üçün bircə şərti var: “Heç bir ilkin şərt irəli sürülməsin”.

Açıqlamada eyni zamanda vurğulanır ki, hazırda İrəvanla Ankara arasında heç bir təmas yoxdur.

İrəvanın danışıqlarda heç bir “ilkin şərt”in olmamasını arzulaması, görünür, Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarını Konstitusiyadan çıxarmaq istəməməsindən qaynaqlanır. İrəvan deyəsən anlamaq istəmir ki, ərazi iddiası irəli sürdüyün dövlətlərlə danışıqların “olmazsa olmaz”ları var və bunlar əslində “ilkin şərtlər” də deyil. İstənilən tərəflə danışıqlara başlayırsansa onun dövlət kimi ərazi bütövlüyünü və suverenliyini tanımaq məcburiyyətindəsən. Bununla razılaşmadan ən həlledici anda qurduğun bütün əlaqələr məhv olmağa məhkumdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru