Fuat Avnidən Ankara terroru haqqında .ok iddia: Ərdoğan nələr planlayır?

19-02-2016, 09:51           

Ötən gecə Türkiyənin paytaxtı Ankarada törədilən terror hadisəsindən sonra tvitter fenomeni Fuat Avni mühüm iddialar irəli sürüb. Musavat.com-un məlumatına görə, Fuat Avni prezident Rəcəb Tayyib Ərdoğanın ölkəni müharibəyə salmaq üçün hər yolu sınaqdan keçirdiyini bildirib. F.Avni terrorla bağlı Ağ Sarayın mühüm məlumatlar əldı etdiyini yazıb və şəhidlərin kimliklərinin hələ də məlum olmadığını qeyd edərək, qısa müddətdə cəsəd parçalarından terrorçunun kimliyinin müəyyən edilməsinin müəmmalı olduğunu qeyd edib.
Tvitter fenomeni belə dəhşətli terror hadisəsindən sonra da baş nazir Əhməd Davudoğlu ilə Ərdoğan arasında iqtidar böhranı yaşandığını, Ərdoğanın daxili işlər naziri Əfkan Alaya Davudoğlu, Abdullah Gül və Bülənd Arıncı izləmə əmri verdiyini iddia edib.
Qeyd edək ki, Fuat Avni adı ilə tvitter sosial şəbəkəsində fenomen olan bu şəxs İstanbulda həyata keçirilən əməliyyatlardan əvvəl bu barədə məlumatlar verir, kimlərin hədəfdə olduğunu, həbs olunan şəxslərin sihahısıni əvvəlcədən açıqlayırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.