Ərdoğan: İslam düşmənçiliyi virusu, xüsusilə Avropa ölkələrində sürətlə yayılır.

13-05-2021, 07:31           
Ərdoğan:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT tərəfində təşkil olunan Qurani Kərim Qiraəti yarışmasının final mərhələsində çıxış edib.

“Anadolu” agentliyinin məlumatına görə, dövlət başçısı bildirib ki, hazırda bütün dünyada İslam düşmənçiliyi virusu sürətlə yayılır.

“Koronavirus qədər təhlükəli olan İslam düşmənçiliyi virusu, xüsusilə Avropa ölkələrində sürətlə yayılır. 6 milyonu türk olmaqla, 35 milyon müsəlmanın yaşadığı Avropa, tədricən qardaşlarımız üçün açıq havada həbsxanaya çevrilir” , - deyə o, bildirib.

Bununla yanaşı, Ərdoğan illərdir dilə gətirdiyi “Dünya 5-dən böyükdür” ifadəsinin həqiqiliyənə birlikdə şahid olduqlarını da qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru