“Yaxınlarda FETÖ terror təşkilatından çox önəmli bir ismin adını açıqlayacağıq. Hazırda əlimizdədir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü anma, Gənclik və İdman bayramı ilə əlaqədar gənclərlə görüşündə onların suallarını cavablandırarkən bildirib.
Türkiyənin terrorla mübarizəsində Nurəddin Sofi deyilən bir qatili qətlə yetirilməsi ilə bağlı bu günlərdə xəbəri açıqladığını vurğulayan R.T.Ərdoğan deyib ki, bu mübarizə çərçivəsində çox qatillər, terrorçular qətlə yetirilib: “Hazırda hədəfimiz Qəndildir, Qəndili çökürdəcəyik”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Formula-1” üzrə dünya çempionatının, habelə UEFA Çempionlar Liqasının İngiltərənin “Mançester Siti və “Çelsi” komandaları arasında final matçının Türkiyədə keçirilməsinin ləğv olunmasını siyasi qərar hesab etdiyini bildirib.
"Hesab edirəm ki, UEFA, “Formula-1” üzrə siyasi qərarlar verilib", - deyə Türkiyə prezidenti gənclərlə görüşündə vurğulayıb.
Ərdoğan bununla yanaşı qeyd edib ki, UEFA Çempionlar Liqasının 2023-cü ildəki final matçının Türkiyədə keçiriləcəyini vəd edib.