Türkiyədə jurnalist Süleyman Soyluyə verdiyi suala görə işdən qovuldu

22-05-2021, 15:05           
Türkiyədə jurnalist Süleyman Soyluyə verdiyi suala görə işdən qovuldu
Türkiyənin Anadolu Agenliyinin müxbiri işdən qovulub.

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, jurnalistin işdən qovulmasına səbəb mətbuat konfransında Türkiyənin daxili işlər naziri Süleyman Soyluyə mütəşəkkil cinayətkarlıqla əlaqələri barədə verdiyi sual olub. Mətbuat konfransından qayıdan müxbir Musab Turana işdən qovulduğu deyilib.

Qeyd edək ki, xaricdə gizlənən Sedat Peker günlərdir "YouTube"da bir neçə keçmiş və hazırkı yüksək rütbəli məmurlar, xüsusilə Süleyman Soylunün korrupsiya və mafiya ilə əlaqələri barədə danışır.

Pekerin sözlərinə görə, Daxili İşlər Nazirliyinin başçısı ona müdafiə təklif edib və 2020-ci ilin əvvəlində həbsini gözləmədən Türkiyəni tərk etməsinə icazə verərək ona qarşı istintaq başlayacağı barədə xəbərdarlıq edib.

Ötən gün keçirilən mətbuat konfransında jurnalist Turan hökumətin bu ittihamlara cavab vermək niyyətində olub-olmadığını soruşaraq Soylunun hakim partiyaya ciddi mənəvi ziyan vurduğunu deyib.

Agenltikdən bildirilib ki, mətbuat konfransında jurnalistika meyarlarına cavab verməyən suallar verən Anadolu agentliyinin müxbiri Musab Turan ilə müqavilə ləğv edilib. Turanın hər hansı bir terror təşkilatının üzvü olub-olmadığını yoxlamaq üçün prokurorluğa tələb göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.