Türkiyə yeni əməliyyata hazırlaşır? - Xəbərdarlıq

10-06-2021, 09:20           
Türkiyə yeni əməliyyata hazırlaşır? - Xəbərdarlıq
Mahmur düşərgəsi (İraqda) artıq qaçqın sığınacağı olmaq təyinatından çıxaraq PKK-çıların təlim mərkəzinə çevrilib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hazırda mərkəzi hakimiyyətin tabeliyinə keçib. Buradakı problemi İraq hökuməti həll etməlidir. Ətrafında dağlar var, burada da PKK-nın yerləşdiyi məlumdur.

Düşərgədə giriş-çıxışlara PKK nəzarət edir. BMT-yə lazımi məlumatlar çatdırmışıq. “BMT-nin heç bir günahı yoxdur” demək istəmirəm. Biz deyirik ki, burada təmizlik aparmalısınız. Siz edə bilmirsinizsə, biz edək. Nəticədə Mahmur bir terror düşərgəsidir. Təmizlənməlidir! Biz dinc sakinlər barəsində hər kəsdən daha çox həssasıq”, - deyə XİN rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru