Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

16-06-2021, 10:37           
Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək
Türkiyənin Azərbaycanda rəsmi səfərdə olan Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək.

Teref.az-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan parlamentinin xüsusi iclası çağırılıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün axşam saat 20.00-da Bakıdakı Olimpiya stadionunda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Uels-Türkiyə oyununu da canlı izləyəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir. (Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru