İranın Azərbaycanla sərhəddə quraşdırdığı foto lövhəsi etiraza səbəb oldu

17-06-2021, 19:20           
İranın Azərbaycanla sərhəddə quraşdırdığı foto lövhəsi etiraza səbəb oldu
İranın Azərbaycanla olan dövlət sərhədinin yaxınlığında, Araz çayının kənarında İran İslam İnqilabının lideri, mərhum ayətulla Ruhulla Musəvi Xomeyninin rəsminin olduğu böyük bir lövhə quraşdırıb.

“SAVAŞ”-ın məlumatına görə, Xudafərin körpüsünün əks tərəfində, təpə yamacındakı lövhənin ölçüsü o qədər böyükdür ki, Xomeyninin rəsmi Azərbaycan ərazisində bir neçə kilometrdən görünür.

Maraqlıdır ki, Xomeyninin rəsmi məqsədyönlü şəkildə və yalnız Azərbaycandan görünə biləcək şəkildə quraşdırılıb.

Xatırladaq ki, Araz çayının şimal bölgələri Ermənistan işğalında saxlanıldığı 30 il ərzində İran tərəfi sərhəd zolağında heç bir bayraq, habelə ayətulla Xomeyni və ya İranın indiki dini lideri ayətulla Xamneyinin rəsmlərini quraşdırmamışdı.

Qeyd edək ki, bu məsələ sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə və ciddi narazılığa səbəb olub.

Orxan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.