Yunanlar danışıqlar prosesini bombalayır - Tatar

20-06-2021, 09:12           
Yunanlar danışıqlar prosesini bombalayır - Tatar
Cənubi Kipr lideri Nikos Anastasiadisin Kiprin türk xalqı ilə bağlı təxribat xarakterli açıqlamaları narahatedicidir.

Axar.az xəbər verir ki, Şimali Kipr Prezidenti Ərsin Tatar deyib.

“Anastasiadisin Türkiyənin Kipri "​mandat dövləti"nə çevirmək istəməsi ilə bağlı iddiaları reallıqdan uzaqdır. Halbuki yunanların Kipri Helenizm mandatlı dövlətə çevirmək istədiklərini görürük. Anastasiadis dialoq yollarını açıq tutmaq əvəzinə türk tərəfinə yalan ittihamlar və təhqiramiz ifadələr səsləndirir. Bununla mümkün danışıqlar prosesini bombalamağa çalışırlar.

Bir daha vurğulayırıq ki, ən real həll yolu - ikidövlətli həll variantına əsaslanır”, - Tatar bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru