Ərdoğandan YENİ MÜQAVİLƏ ANONSU: "Çox yaxın zamanda Azərbaycanla..."

22-06-2021, 07:40           
Ərdoğandan YENİ MÜQAVİLƏ ANONSU:
"Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha belə fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlər görürük. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəmi başlatdıq". Azmarka.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə baş tutan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciəti zamanı deyib.

"Türkiyə və Azərbaycan bu bəyannamə çərçivəsində çox yaxın zamanda bir çox müqavilələr imzalayacaq. Beləcə, qardaşlığımızın hüquqi təməlini daha da möhkəmləndirəcəyik", - Türkiyə lideri bildirib. /publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru