Bir neçə dəqiqə əvvəl Türkiyənin Bingöl bölgəsində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, zəlzələnin episentri Kiğı rayonunda yerin 15 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib. Fəsadlar barədə hələlik məlumat yoxdur.