İzmirdə ailə cinayəti: Qız evlənmək istəməyən anasını öldürdü - FOTO

26-06-2021, 07:01           
İzmirdə ailə cinayəti: Qız evlənmək istəməyən anasını öldürdü - FOTO
Türkiyənin İzmir şəhərində Qazaxıstan əsilli Gülüstan Aidarova qızı tərəfindən qətlə yetirilib.

DHA xəbər verir ki, 29 yaşlı E.A. anasının birgə yaşadığı kişi ilə yalnız dini nikahı olduğunu, evlənməyəcəyini öyrənəndən sonra onların arasında mübahisə düşüb.

Nəticədə qız 55 yaşlı anasını bıçaqlayaraq öldürüb, sonra isə torbaya qoyaraq eyvanda saxlayıb.

Üç gündən sonra evə gələn qonaqlar eyvandan gələn pis qoxunu hiss ediblər və qadının öldürüldüyü üzə çıxıb.

Polis üç uşaq anası olan E.A.-nı nəzarətə götürüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru