Türkiyədə terror aktının qarşısı alınıb: 3 terrorçu zərərsizləşdirilib

30-06-2021, 08:06           
Türkiyədə terror aktının qarşısı alınıb: 3 terrorçu zərərsizləşdirilib
Türkiyənin cənub-şərqində terror aktı planlaşdıran 3 PKK terrorçusu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, terrorçular kəşfiyyat məlumatları və müşahidələr nəticəsində Hakkari vilayətinin Şəmdinli bölgəsində aşkar ediliblər:

"İran hakimiyyəti ilə razılaşdırıldıqdan sonra silahlılar atəş dəstəyi ilə zərərsizləşdirilib. Türkiyə qətiyyətlə terrorizə qarşı mübarizəsini davam etdirəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru