İstanbulda İŞİD əməliyyatı: 11 nəfər saxlanılıb

2-07-2021, 12:49           
İstanbulda İŞİD əməliyyatı: 11 nəfər saxlanılıb
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.

Cebhe.info xəbər verir ki, təyin olunan ünvanlara təşkil edilən basqınlarda 11 nəfər saxlanılıb. İstanbul Terrorla Mübarizə Şöbəsinin briqadaları tərəfindən İŞİD-ə qarşı 7 rayonda 15 ünvana qarşı gecə basqınları təşkil olunub.

Hüquq-mühafizə qüvvələri tərəfindən basqın təşkil edilən ünvanlarda axtarış tədbirləri zamanı isə çox sayda rəqəmsal material və sənədlər götürülüb.

Nəzarətə alınan şübhəlilər Vətən küçəsində yerləşən Terrorla Mübarizə Şöbəsinə aparılıb. Polisin şübhəlilərlə bağlı əməliyyatları davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru