Məni nə şiə, nə də sünni maraqlandırır; məni müsəlman maraqlandırır - Rəcəb Tayyib Ərdoğan

7-04-2015, 21:38           
Məni nə şiə, nə də sünni maraqlandırır; məni müsəlman maraqlandırır - Rəcəb Tayyib Ərdoğan
İraq və Suriyada axan qanın dayandırılmağına birlikdə son qoymalıyıq.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin rəhbəri Həsən Ruhani ilə təşkil etdiyi birgə mətbuat konfransında bəyan edib.

“İraqdakı problemləri müzakirə etdik. İraq bizim ən yaralı yerimizdir. Orada indiyədək 100 mindən çox insan ölüb.

Suriyada isə 300 min nəfər həyatını itirib.

Məni nə şiə maraqlandırır, nə də sünni; məni müsəlman maraqlandırır.

Bu qana, bu ölümə son verməli, bir-biri ilə vuruşanları bir araya gətirməliyik.", - Türkiyə lideri belə deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru