Türkiyədə İŞİD hesabatı – AZƏRBAYCAN İLK BEŞLİKDƏ

9-03-2016, 17:23           
Türkiyədə İŞİD hesabatı – AZƏRBAYCAN İLK BEŞLİKDƏ
Son beş il ərzində terror təşkilatına qoşulmaq istəyən 138 Azərbaycan vətəndaşı tutulub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qonşu ölkə bir yandan terrorla mübarizə aparır, digər yandan terror təşkilatıarına qoşulmaq istəyənlərin qarşısını almaü üçün tədbirləri gücləndirir.
Son 4-5 ildə başda Avropa olmaqla Suriyaya keçmək istəyən minlərlə insan Türkiyə sərhəddində yaxalanıb. Daxili toqquşmaların başladığı 2011-ci ildən bu ilin 12 fevral tarixinə kimi İŞİD-ə qoşulmaq üçün yola çıxan 3619 adam saxlanılıb. Onlardan 2896 nəfəri deportasiya edilib. 35970 əcnəbiyə Türkiyəyə giriş yasağı qoyulub.

Yaxalanalar arasında ABŞ, Almaniya, İsrail, Azərbaycan, Yəmən, Maldivdə daxil olmaqla onlarla ölkədən olan insanlar var. Siyahıda ümumilikdə 57 ökənin adı var.
Bu illər ərzində deportasiya edilənlərin sırasında Rusiya liderdir – 519 nəfər. İŞİD-ə qarşı mübarizə aparan dövlətin vətəndaşlarının terror təşkilatına dəstəyi diqqət çəkir.
İkinci yerdə 192 nəfərlə Fransa qərarlaşıb. Onu 180 nəfərlə İndoneziya, 138 nəfərlə Azərbaycan, 128 nəfərlər Tacikistan izləyir. Deportasiya edilən arasında İngiltərə, Belçika, Danimarka kimi qabaqcıl ölkələrin də adı yer alıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.