Rus gəmisi İstanbuldan silahla keçdi - Təxribat

10-03-2016, 00:49           
Rus gəmisi İstanbuldan silahla keçdi - Təxribat
Rusiya donanmasına aid 031 nömrəli “Aleksandr Otrakovski” adlı döyüş gəmisi Qara dənizdən İstanbul boğazına keçərək Mərmərə dənizinə daxil olub

Politika.Az xəbər verir ki, döyüş gəmisinə Türkiyə Hərbi Dəniz Qüvvələrinin P-1207 nömrəli TCG-Tekirdağ tipli hərbi gəmisi və sahil təhlükəsizlik katerləri bələdçilik edib.

Məlumata görə, Rusiya gəmisinin İstanbul boğazından keçidi zamanı göyərtədə silahlı hərbçilər olub. Həbçilərin silahları çiynində saxladığı görülüb.

Qeyd edək ki, bundan öncə də Rusiya gəmisi İstanbul boğazından keçərkən göyərtədə olan şəxs çiynində olan silahı İstanbula tərəf tuşlamışdı.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru