Türkiyənin böyük meşələrindən biri yanır

10-03-2016, 09:26           

Türkiyənin Muğla vilayətində ötən axşam naməlum səbəbdən meşə yanğını başlayıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə vilayətin turustik Marmaris rayonunda baş verib.

Hadisə yerinə ətraf rayon və qəsəbələrdən çox sayda dövlət yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunsa da yanğının qayalıq ərazidə baş verməsi alovlara müdaxiləni çətinləşdirir. Yanğının 30 hektardan çox ərazini əhatə etdiyi güman olunur.
Hadisə barədə açıqlama verən rayonun mülki rəhbəri Cəlaləddin Yüksəl yanğının başlama səbəbinin hələlik bilinmədiyini deyib.

“Axşam daxil olan məlumat əsasında Marmaris Meşə idarəsi yanğından mühafizə briqadaları dərhal hadisə yerinə gediblər. Yanğına təcili olaraq müdaxilə edilib. Havanın qaralması bizim əleyhimizə olsa da qonşu rayon və qəsəbələrdən dəstək gəlir. Yanğının digər tərəfi dəniz və qayalıq olduğundan yanğına müdaxilə etməyimiz çətin olur. Hadisənin baş vermə səbəbləri hələlik bilinməsə də yanğının dəniz tərəfdən başladığı bildirilir. Araşdırmalar nəticəsində səbəblər öyrəniləcək. Amma havanın küləkli olması bizi təşvişə salır.” – deyə Yüksəl bildirib.

Hadisənin baş verdiyi ərazinin yaşayış massivi olmadığı və arıçılar tərəfindən istifadə olunduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.