Türkiyəli əbləh bir solçu şair diz çökərək Rusiyadan üzr istədi – VİDEO
10-03-2016, 12:45
Türkiyəli şair Hüseyn Haydar Su-24 tipli təyyarənin ölən pilotuna görə Rusiyadan poetik formada üzr istəyib. Bu barədə AzVision.az TASS-a istinadən xəbər verir. Haydar yeni şeirini “Böyük Rusiya xalqı qarşısında üzrxahlıq” deyə adlandırıb. Haydar, şair Vladimir Mayakovski, yazıçı Maksim Qorki, ilk kosmonavt Yuri Qaqarin və faşizmə qalib gələn qəhrəmanlardan da üzr istəyib. Şair son şeirini “Qarşınızda diz çökərək Oleq Peşkovun anasından üzr istəyirəm” misraları ilə bitirib. Hüseyn Haydar müxtəlif mükafatlar qazanan məşhur türk şairidir. O, 1956-cı ildə anadan olub. 1973-cü ildə Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən keçirilən şairlər müsabiqəsinin qalibi olub. Şairin şeirləri bir neçə dilə tərcümə olunub. [media=https://www.youtube.com/watch?v=KvIMdD2rMMM]