Fətullah Gülən bu dəfə də Rusiyanı müdafiə etdi - "Gərək Türkiyə vurmayaydı"

10-03-2016, 13:39           
Fətullah Gülən bu dəfə də Rusiyanı müdafiə etdi - "Gərək Türkiyə vurmayaydı"
Türkiyədə bir müddət əvvəl terror təşkilatı elan edilən “paralel dövlət”-in lideri Fətullah Gülən bu dəfə də Rusiyanın yanında yer alıb.

Avropa.info xəbər verir ki, bir rus qəzetinə müsahibə verən Gülən Türkiyə sərhədini pozan rus təyyarəsinin vurulmasının yanlış olduğunu müdafiə edib.

Türkiyənin ən ağır dövrlərində Türkiyənin maraqlarına qarşı hərəkət edən və qarşı fikirlərin yanında yer almaqla məşhurlaşan Gülən, bu dəfə də Türkiyə-Rusiya arasındakı təyyarə böhranından yararlanaraq Türkiyəyə qarşı Rusiyanın yanında yer alıb.

Rusiyanın “Moskovskiy Komsomolets” qəzetinə müsahibə verən Gülən müsahibəsi zamanı “Gərək Türkiyə rus təyyarəsini vurmayaydı” deyə bildirib.

Təyyarənin vurulmamalı olduğunu bildirərək Türkiyəni ruslara şikayət edən Gülənin rus analitiki professor Vitali Naumkinə verdiyi müsahibəsinin qəzetin sabahkı sayında dərc olunması gözlənilir.

Xatırladaq ki, İsrailin “Mavi Mərmərə” gəmisini vurması zamanı da Gülən Türkiyənin deyil İsrailin yanında yer alaraq Türkiyənin gəmi üçün əvvəlcədən icazə alması lazım olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru