Nazirin qardaşını yol qəzası törətdiyi üçün bıçaqladılar
10-03-2016, 21:41
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Güldəmət Sarının qardaşı, 31 yaşlı Fateh Sarı yol-nəqliyyat hadisəsi zamanı bıçaqlanıb.
Virtualaz.org “Hürriyet” qəzetinə istinadən xəbərə verir ki, nazirin qardaşına 58 yaşlı Abidin A. bıçaqla xəsarət yetirilib. Sağ qarın nahiyəsindən bir bıçaq zərbəsi alan F.Sarı əməliyyat olunub, şübhəli şəxs isə saxlanılıb.
Hadisəyə avtomobillərin bir-birinə dəyməsinin səbəb olduğu bildirilir. Bundan sonra iki sürücü də avtomobildən düşərək, mübahisə edib. Nəticədə Abidin A. nazirin qardaşını bıçaqlayıb.