Diyarbəkirdə əməliyyat zamanı 280 PKK silahlısı öldürülüb

11-03-2016, 09:27           

Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda üç ay davam edən antiterror əməliyyatı başa çatıb. Əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

“Surda antiterror əməliyyatı başa çatıb. Əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib, 206 barrikada yığışdırılıb, 365 partlayıcı qurğu zərərsizləşdirilib, 509 ədəd silah, 48 mindən çox patron, 10 radiostansiya və 3,47 kq partlayıcı maddə götürülüb”, - deyə məlumatda bildirib.

Əməliyyatın başa çatmasına baxmayaraq, PKK üzvlərinə qarşı reydlər, barrikadaların yığışdırılması davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru