Rus pilotu öldürən türk ələ keçirildi

11-03-2016, 10:07           

Suriya ordusu Rusiyaya məxsus Su-24 təyyarəsinin pilotunu öldürən "Boz canavarlar" qrupunun türk üzvü Alparslan Çəliki ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı FARS agentliyi yayıb.

Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiqləməyib.

Xatırladaq, 24 yanvarda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Türkiyə-Suriya sərhədini pozan Rusiyaya məxsus Su-24 qırıcısını vurmuş, sağ qalan pilot isə Suriya müxalifləri tərəfindən güllələnmişdi. Rus pilot Oleq Peşkovun qətlində Alparslan Çəlik ittiham edilir. Çəlik açıqlamasında ruslardan qorxmadığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru