Azərbaycanda Fətullah Gülən şəbəkəsinə qarşı yeni əməliyyat - Türkiyə mediası yazdı

11-03-2016, 20:36           
Azərbaycanda Fətullah Gülən şəbəkəsinə qarşı yeni əməliyyat - Türkiyə mediası yazdı
Türkiyədə qurduqları “paralel dövlət” iflasa uğradıqdan sonra Azərbaycanda Türkiyə ilə əlaqəli bir qruplaşma quran Gülən camaatı ingilislərlə də əməkdaşlıq edib.

Avropa.info xəbər verir ki, əldə olunan məlumata görə, Türkiyə və Azərbaycanın dövlət rəsmiləri bu qruplaşmaya qarşı birlikdə işlər görür.
"Naksan holdinq"də terror təşkilatına maliyyə dəstəyi təmin etdiyi üçün həyata keçirilən əməliyyatdan sonra gözlər holdinqin İzmirdəki əlaqələrinə doğru çevrilib.

Holdinqlə bağlı aparılan araşdırmaların hamısında oxlar Ənvər Tanər Baltaçıya doğrulur. "Naksan holdinq"in tərkibində olan bir çox şirkətdə ortaqlığı olan Ənvər Tanər Baltaçının “Socar Power Energy”nin şəriklərindən və idarə heyətinin üzvü olması bir çox suallar meydana gətirir.

Gülən camaatının Türkiyədəki enerji sektoru ilə yanaşı Azərbaycanın şirkətlərinə hakim olmaq üçün Baltaçının mühüm simalardan olduğu bildirilir.

Osminoq kimi bir çox dövlətə və bir çox nəhəng şirkətlərə sızmağa çalışan Gülən camaatının enerji sektorunda “paralel dövlət” hakimiyyətini təsis etmək üçün çalışan üzvlərinin enerji mərkəzli layihələrə üstünlük verdikləri bildirilir.

Dövlət məmurlarının telefonlarını dinləyən, dövlətdə gizli şəkildə təşkilatlanan gülənçilərin Türkiyə ilə yanaşı. Azərbaycanda da ciddi şəkildə təşkilatlanma işlərini gördüyü bildirilir.

Gülən camaatının Azərbaycan layihəsi çərçivəsində ingilislərlə müştərək iş gördüyü onsuz da heç kəsə gizlin deyil.

Türkiyədə "Boydak" və "Naksan"da həyata keçirilən əməliyyatlardan sonra Türkiyədəki əməliyyatların məmurlar arasında davam edəcəyi haqda məlumatların yayıldığı bir vaxtda əsas əməliyyatların Azərbaycandakı şirkətlərdə başlayacağı güman olunur.

Əməliyyat ilə bağlı Türkiyə və Azərbaycan hökuməti rəsmilərinin müştərək addımlar atacağı haqda artıq bir neçə aydır ki, mətbuatda xəbərlər yayılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.