Türkiyə 48 il sonra bu oyun növünəqadağanı aradan qaldırdı

12-03-2016, 23:51           

Türkiyədə stolüstü futbol oyununa qoyulan qadağa 48 il sonra aradan götürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Məhkəməsi qərar verib. Məhəkəmə hesab edib ki, bu oyun ailələrə və əmək fəaliyyətinə heç bir zərər vermir.

Qərardan sonra Türkiyə Gömrük və Ticarət Nazirliyi qadağanın qalxdığını elan edib. Buna qədər stolüstü futbol mərc oyunu hesab olunurdu və onu oynamağa görə 5 ilə qədər həbs cəzası verilirdi.

Qadağa müddətində bu oyuna aid ləvazimatları ölkəyə gətirmək də cinayət məsuliyyəti yaradırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.