Ərdoğanla Putinin arasını Əsədin arvadı vurub
13-03-2016, 12:12
Rusiya və Türkiyə arasında yaranan konfliktin əsas səbəbi Ərdoğan ailəsinin Əsəd ailəsinə qarşı münasibəti olub.
Axar.az xəbər verir ki, bunu “Faynənşl Tayms” qəzetinə açıqlamasında britaniyalı tarixçi Norman Stoun söyləyib. Onun sözlərinə görə, Suriyanın birinci xanımı Əsma Əsədin Bəşər Əsədə göndərdiyi məktub bir müddət öncə Türkiyə xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib:
“Bu məktubunda Əsma Əsəd Ərdoğanlar ailəsindən xoşu gəlmədiyini söyləyir. Bundan sonra xanım Əsəd prezidentdən bir daha onun Ərdoğanlarla görüşməyi istəməməsini xahiş edir. Çox güman ki, o, bu məktubda Ərdoğanı bir kitab oxuyan quldur, həyat yoldaşını isə köhnədəbli, zövqsüz qadın adlandırıb. Əsədin indiyə qədər sağ qalmasının yeganə səbəbi Rusiyadır. Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması əslində bəhanə idi. Putinin Əsədi müdafiə etməsi Ərdoğanın ona da düşmən olmasına əsas yaradıb. Böyük ehtimalla Türkiyə-Rusiya arasında münasibətlərin pozulmasına səbəb olan əsas məqam məhz Əsma Əsədin məktubudur”.