Ankarada ölənlərin sayı 32 nəfərə çatdı - Yeniləndi

14-03-2016, 01:42           
Ankarada ölənlərin sayı 32 nəfərə çatdı - Yeniləndi
Türkiyənin paytaxtı Ankarada partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış yerli vaxtla 18:35-də Ankaranın mərkəzi Qızılay meydanındakı avtobus dayanacağında törədilib.

Hadisə nəticəsində xeyli adam yaralanıb, yaxınlıqdakı bir neçə avtomobil yanıb.

Partlayışın bomba yüklü avtomobilin sərnişin avtobusu ilə toqquşan zaman işə salındığı təxmin edilir.

***

Ankarada baş verən terror aktı nəticəsində azı 10 nəfərin həlak olduğu deyilir.

***

Ankarada baş verən partlayışdan sonra telekanallara hadisə ilə bağlı canlı yayın qadağan edilib.

Əraziyə xeyli təcili tibbi yardım briqadaları göndərilib.

***

Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 27 nəfər ölüb, 75 nəfər yaralanıb.

Bu barədə Ankara Valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

***

Ankarada baş verən terakt nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Bu barədə “Röyter” agentliyi məlumat yayıb.

[media=https://www.youtube.com/watch?v=OkivNkz_ilw]

Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru