ABŞ-ın Ankara terrorundan xəbəri olub? – Şok iddia

14-03-2016, 01:45           
ABŞ-ın Ankara terrorundan xəbəri olub? – Şok iddia
ABŞ-ın Türkiyədəki səfirliyi martın 1-də Ankaradakı vətəndaşlarına terrorla bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, səfirliyin saytında sadəcə ingilis dilində olan bölmədə yerləşdirilən xəbərdarlıqda paytaxtın Anıtqəbir və Baxçalievlər ərazisində terror təhlükəsi gözlənildiyi qeyd olunub.

Bu səbəbdən səfirlik vətəndaşlarına xəbərdarlıq edərək, həmin ərazidən mümkün qədər uzaq olmalarını məsləhət görüb. Məlumatda terror hadisəsinin baş verə biləcəyi binalar da göstərilib. Onların sırasında Anıtqəbir, Milli Kitabxana, Quru Qoşunları Komandanlığı, Xaricli İşlər, Sosial Müdafiə və İqtisadiyyat Nazirliyinin binası da var.

Bu xəbərdarlığın səfirliyin saytında yalnız ingilis dili bölməsində yayımlanması müzakirələrə səbəb olub.

Xatırladaq ki, Qızılay meydanı yaxınlığında baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru