“Kiçik bacı”ya böyük pislik – “Le Figaro” niyə Türkə hürür?

30-11-2021, 00:05           
“Kiçik bacı”ya böyük pislik –
Fransa Güney Qafqazda böyük sülhə badalaq vurmağa davam edir. Bu da növbəti isti fakt: “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson özünün Twitter mikrobloqunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammiti çərçivəsində dünən etdiyi çıxışa isterik reaksiya verib.
Teref.az ın musavat-a istinadən məlumatına görə, Buisson yazıb: “Ərdoğanın Aşqabadda (Türkmənistan) yeni həyəcanverici imperialist çıxışı. O, türkdilli ölkələri Zəngəzur dəhlizi ilə bağlı tələblərində Azərbaycanı tam dəstəkləməyə çağırıb. Sünik (Şərqi Zəngəzur – Z.S.) Ermənistandır! Ərdoğan müharibə qızışdırıcısıdır!”

Belə bir fitnəkar status.

Burdaca yada salaq ki, əli erməni lobbisinin cibində olan, Fransa ermənilərinin yemlədiyi bu zat vaxtaşırı Azərbaycan əleyhinə, ərazi bütövlüyümüz əleyhinə, erməni separatizminə isə dəstək mahiyyətli statusları ilə də tanınır…

Maraqlıdır, görəsən “Le Figaro”, bütövlükdə ermənipərəst Fransa mediası nə vaxtadək Türkiyəyə, Türkə hürəcək, ermənilərə Türkdən “xoxan” düzəldəcək?



Doğrudan da, Azərbaycan atalar məsələndə deyildiyi kimi, “Mərdimazar olmasa bağ çəpəri neylər?”

Çəpərdən söz düşmüşkən, axı nəqliyyat yollarının açılması, əlaqələrin bərpası əleyhinə olanları necə sülhməramlı, xoşniyyətli saymaq olar? Sülh hər şeydən öncə barışıq, əməkdaşlıq, gediş-gəliş deməkdir.

Deməli, “Le Figaro” da, az öncə Qarabağın separatçı ünsürlərini Parisdə rəsmən qəbul edən Fransanın siyasətçi qırğıları da “kiçik bacı” Ermənistana əslində, böyük pislik edirlər.

İndi özünüz deyin, bədbəxt erməni xalqının dirçəlməsini kim istəmir: bölgədə bütün yol-qovşaqların, dəhlizlərin açılmasına, qarşılıqlı iqtisadi-ticari inteqrasiyaya çağıran və bununla “izqoy” Ermənistanın xilasına çalışan Türkiyə və Azərbaycan, yoxsa Ermənistanı faktiki izolyasiyadan çıxmağa qoymayan Fransa?!

Yeri gəlmişkən, düz 1 il qabaq – 2020-ci il noyabrın 29-da, yəni Ermənistanın kapitulyasiya aktını izalamasından 19 gün sonra Fransa parlamenti (hər iki palata) uydurma “artsax”ı dövlət kimi tanıyan və hökuməti də buna çağıran, analoqu olmayan və beynəlxalq hüquqa meydan oxuyan qətnamə qəbul eləmişdi.

Sırtıqlığın, riyakarlığın həddinı bax ki, bütün bunların ardınca hələ də özlərini bizə “Qarabağ məsələsi”ndə “neytral vasitəçi” kimi sırımağa çalışırlar. Guya bunlar çörəyi ağızlarına, biz isə qulağımıza yeyirik.

Amma nə yaxşı ki, bizim üçün artıq nə Qarabağ problemi mövcuddur, nə də Fransa timsalında üzdəniraq vasitəçi-həmsədrlər. Pislik isə yenə özlərinə və “gəzəyən kiçik bacı”ları Ermənistana qaldı!..

Nə qazandı ki, Fransa həmin o təxribatçı, özünü rüsvay edən qətnamə ilə? Bölgədə, bölgənin açar ölkəsi Azərbaycanda onun nüfuzu, təsiri zərrəcə artdımı? Əsla. Tam tərsinə.

Bəs erməni xalqına faydası necə, dəydimi? Qətiyyən. Sadəcə, böyük sülh anlaşmasının önünə növbəti “kötük” diyirlətməklə Ermənistanın blokadasını bir az da uzatdı, oradakı şovinist-revanşistlərin çörəyinə yağ sürtməklə erməni cəmiyyətinin yeganə doğru yolu tapmasını daha qəlizə saldı. Sülhə deyil, yeni müharibəyə töhfə verdi.

İndi kimdir savaş tərəfdarı, müharibə qızışdırıcısı? Ərdoğan, yoxsa Fransa və onun “La Figaro” timsalında separatçılara, işğalçılara, radikal-millətçilərə, erməni faşistlərinə daim qucaq açan, arxa-dayaq duran, gerçəyi baş-ayaq təqdim edən satılmış mediası?!

O ki qaldı “Sünik – Ermənistandır!” ifadəsinə, Paşinyan da bir vaxt “Qarabağ – Ermənistandır və nöqtə” demişdi. Şuşada yallı da getmişdi, Makronla İrəvanda rəqs də eləmişdi.

Ancaq nöqtəni qoya bilmədilər. Nöqtəni də, nidanı da Azərbaycan və onun əsgəri qoydu. Həmişəlik!

Şərqi Zəngəzurun taleyi də eyni olacaq. Heç kim darıxıb eləməsin. İllah da müsyö Buisson və buissonlar!..шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.