Qazaxıstanın sərnişin təyyarəsi Özbəkistana təcili eniş etdi

5-01-2022, 07:46           
Qazaxıstanın sərnişin təyyarəsi Özbəkistana təcili eniş etdi
Qazaxıstanın "Fly Arystan" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Özbəkistanın Urqenç hava limanında təcili eniş edib. Bu barədə xarici KİV-lər "Uzbekistan Airports" şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, Türküstan - İstanbul marşrutu üzrə uçuşu həyata keçirən təyyarənin təcili eniş etməsinə səbəb göyərtədəki sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.

Eniş etdikdək sonra özünü pis hiss edən Türkiyə vətəndaşı tibbi yardımın göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Təyyarə yaxın saatlar ərzində İstanbula yola düşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru