Etirazlar fonunda Qazaxıstanda əsas messencerlər işləmir

5-01-2022, 08:15           
Etirazlar fonunda Qazaxıstanda əsas messencerlər işləmir
Qazaxıstanda əsas messencerlər olan “Telegram”, “WhatsApp” və “Signal”işləmir.

Sosial şəbəkələr yerli vaxtla təxminən saat 22.00-da fəaliyyətini dayandırıb. Bundan başqa, Almatıda mobil internet işləmir.

Son məlumata görə, ölkədəki etirazlara Taraz və Janaozen sakinləri də qoşulub.

Həmçinin, Qazaxıstanın mobil operatoru Kcell rabitədə yaranan fasilələri “təhlükəsizliyi təmin etmək üçün səlahiyyətli orqanların tədbirləri” ilə izah edib.

Bundan əlavə, "Beeline Kazakhstan" mobil operatoru mobil internet xidmətlərinin göstərilməsinə məhdudiyyətlər barədə “Twitter”də məlumat yayıb. Bildirilib ki, “operatordan asılı olmayan səbəblərə görə” istifadəçilər üçün narahatlıq yarana bilər.

Qeyd edək ki, Kazaxıstanın müxtəlif şəhərlərində etirazlar hələ də davam edir.

Mənbə: news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru