Anasının Adnan Oktara satdığı qızcığaz məhkəmədə şok faktları açıqladı - VİDEO

5-01-2022, 08:39           
Anasının Adnan Oktara satdığı qızcığaz məhkəmədə şok faktları açıqladı - VİDEO
Anası tərəfindən 9 yaşında Adnan Oktara verildiyini deyən S.M. adlı qadın dəfələrlə məruz qaldığı zorakılıqlardan danışıb.

Hazırda 18 yaşı olan və heç kim ona inanmayacaq deyə əlində olan səs yazılarını məhkəməyə təqdim edən gənc qız dekolteli paltar geyindiyini və Adnan Oktarın yanına aparıldığını bildirib.

Adnan Oktarı istəmədiyi təqdirdə anası tərəfindən döyüldüyünü bildirən S.M, "Təşkilat üzvləri məni hədələyir. İndi normal yaşamaq istəyirəm", - deyə söyləyib.

2018-ci ildə qızı S.M.-i Adnan Oktarla evlənməsi üçün incidən və onu buna məcbur edən 45 yaşlı ana Dilek Ç. iki ayrı ittihamla 26 il 6 aya qədər həbs cəzası alıb.

Hadisə zamanı 15 yaşında olan şikayətçi S.M.-in Polis Şöbəsinə təqdim etdiyi səs yazısında Adnan Oktarla evlənməyə anası Dilek Ç.-nin göstəriş verdiyi, əgər evlənərsə, Boğaziçidə evi və lüks avtomobillərinin olacağı əksini tapır.

Zərərçəkmiş S.M.-nin ifadələrinin də yer aldığı iddianamədə onun 8 yaşında olarkən anasının ona sosial şəbəkə hesabı açdığı, makiyajlı və bikinili fotolarını paylaşdığı, Adnan Oktar qrupuna daxil olan şəxsləri dostluğa əlavə etdiyi qeyd edilib.(Sfera.az)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.