Nümayişçilər Almatı şəhər meriyasını belə ələ keçirdilər - VİDEO

5-01-2022, 12:30           
Nümayişçilər Almatı şəhər meriyasını belə ələ keçirdilər - VİDEO
Qazaxıstanın üç şəhərində etirazçılar yerli administrasiyalara hücum etməyə cəhd edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Analoji cəhdlər Almatı, Çimkənd və Taraz şəhərlərində qeyd alınıb. Narazı kütlə meriyanın pəncərələri və qapılarını qırıblar. Etirazçılar daş, dəyənək və molotov kokteyllərindən istifadə ediblər.

Qeyd edək ki, nümayişçilərin Almatı şəhər meriyasını ələ keçirməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb. Etiazçılar qısa müddətdə binanı ələ keçirib konfrans otağına girsələr də, tezliklə təhlükəsizlik qüvvələri onları sıxışdırıb çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru