Blinken-Çavuşoğlu arasında telefon danışığı nələr vəd edir?

5-01-2022, 18:05           
Blinken-Çavuşoğlu arasında telefon danışığı nələr vəd edir?
Bir neçə gün öncə ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Onlar Ermənistan-Türkiyə yaxınlaşması prosesini, xüsusilə Türkiyənin xüsusi nümayəndəsinin təyin olunmasını müzakirə ediblər. Xatırladaq ki, Türkiyə bu prosesdə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı xüsusi nümayəndə təyin edib. ABŞ dövlət katibinin Türkiyə xarici işlər naziri ilə xüsusi nümayəndə təyinatını müzakirə etməsi Ankaranın bu prosesdə atdığı addımları ABŞ-la əlaqələndirdiyini sübut edir.

Yanvarda Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü gözlənilir, qrafik isə hələ aydın deyil. Türkiyənin xarici işlər naziri Çavuşoğlunun daha əvvəl verdiyi açıqlamaya görə, İrəvan ilk görüş üçün Moskvaya üstünlük verib.

Bütün bunlar sübut edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması deyilən proses ilk baxışdan göründüyündən qat-qat mürəkkəb struktura malikdir və çoxmərhələli proses olacaq. Şübhəsiz ki, bu vəziyyətdə Ermənistan təkcə Türkiyə ilə deyil, həm də ABŞ və Rusiya ilə, xüsusən də iki güc arasında mövcud olan çətin münasibətlərdə problemlər yaşaya bilər.

Eyni zamanda, ABŞ-Türkiyə-Rusiya çoxqatlı və çoxşaxəli üçbucağı Ermənistan üçün yeganə problem deyil, burada Fransa və İranın da maraqları nəzərə alınmalıdır, çünki Türkiyənin hər iki ölkə ilə münasibətləri mürəkkəbdir.

Dəyanət Ağalarlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.