“Yaraqlılar tamamilə məhv edilənə qədər terrorla mübarizə davam etdirilməlidir” - Tokayev

7-01-2022, 10:24           
“Yaraqlılar tamamilə məhv edilənə qədər terrorla mübarizə davam etdirilməlidir”
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə terrorla mübarizə qərargahının iclası keçirilib.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, Tokayev iclasda antiterror əməliyyatı barədə danışıb.

“Əməliyyat artıq başlayıb. Hüquq-mühafizə orqanları ciddi işləyir. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu, əsasən, bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir. Lakin terrorçular silahdan istifadə etməkdə və əmlaka ziyan vurmaqda davam edirlər. Buna görə də terrorla mübarizə tədbirləri yaraqlılar tamamilə məhv edilənə qədər davam etdirilməlidir”, - Prezident bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru