Türkiyəli “Betmen” işinə və evinə uçaraq gedir

24-01-2022, 09:35           
Türkiyəli “Betmen” işinə və evinə uçaraq gedir
Muğlanın Fethiye rayonunda yaşayan Cengiz Koçak evinə və iş yerinə “Wingsuitle” adlanan qanadlı geyimlə gedir.

Ölüdənizdəki Babadağ kanat yolunun müdiri olan 49 yaşlı ekstrim ustası evinə 1965 metr hündürlükdən tullanaraq gedir.

Həmçinin, o, restoranların və digər iaşə obyektlərinin çalışdığı kanat yolunun son dayanacağından ofisinə də eyni üsulla çatır.

Koçak bildirib ki, “uçmağı” yerli bələdiyyənin dəstəyilə Kaliforniyada öyrənib. Hazırda o, Türkiyədə 45 atlama nöqtəsi müəyyən etdiyini və dünyadakı ekstremal idman həvəskarlarının yerli istinad nöqtəsi olduğunu bildirib.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru